Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı məğlubiyyət anlaşmasına niyə daha əvvəl imza atılmamasına münasibət bildirib. Foodinfo.az xəbər verir ki, Paşinyan bu barədə feysbukda canlı yayımda etdiyi müraciətdə danışıb. O qeyd edib ki, Qarabağla bağlı müqavilə ordunun tövsiyəsi ilə imzalanıb. “Ordu dayanmağın lazım olduğunu bildirdi. Çünki problemlərimiz var, onların həlli üçün isə perspektiv yoxdur və resurslar tükənib”,- deyə Paşinyan qeyd edib.