CNN Türk kanalının müxbiri Fulya Öztürk COVID-19-a yoluxub.
Foodinfo.az xəbər verir ki, bu barədə jurnalist özünün instaqramdakı səhifəsində bildirib.
O, Azərbaycandan Türkiyəyə ötən bazar günü qayıtdığını bildirib. Fulya Öztürk qeyd edib ki, həmin gün verdiyi koronavirus testinin nəticəsi mənfi olub. Lakin sonradan onda COVID-19 aşkarlanıb.
Xatırladaq ki, Fulya Öztürk Azərbaycanda 44 günlük müharibənin əvvəlindən sonunadək ən qaynar nöqtələrdə iştirak edib.