Erməni işğalından azad edilmiş Qarabağda yüksək səviyyəli hotellərin yaradılması gündəmdədir.
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, bununla yanaşı, beynəlxalq brendlərin də Qarabağa cəlbi və onlarda bu sahəyə marağın artırılması üçün işlər aparılacaq:
“Qarabağın infrastrukturu inkişaf etdikdən sonra orada hotellərin yaradılması prioritet məsələdir. Amma bunun üçün əvvəlcə araşdırma aparılmalı və vəziyyət dəyərləndirilməlidir. Beynəlxalq brendli hotellərin də Qarabağa gətirilməsi mümkündür, çünki bu bölgənin çox gözəl turizm potensialı var”.