Qış mövsümündə soyuqdəymə və virusların yayılma riski çoxalır. Bu dövrdə immuniteti gücləndirmək üçün bir çox önləyici tədbir görmək lazımdır. İlk növbədə, C vitamini ilə zəngin meyvə və tərəvəzlərə üstünlük vermək tövsiyə olunur.

Foodinfo.az bildirir ki, terapevt Tatyana Şapovalenko hesab edir ki, portağal, limon və kivi kimi meyvələr immuniteti artıran ən yaxşı qidalardır. Həmçinin, qış aylarında təmiz hava ilə nəfəs almaq, bədənə əlavə enerji və oksigen verir.

"Yaxşı yuxu və stressdən uzaq durmaq da immunitet sistemini gücləndirir. Sosial məsafəni qorumaq, insanların sıx olduğu yerlərdən uzaq durmaq da vacibdir - deyə Şapovalenko qeyd edir. Mütəxəssis qeyd edir ki, əlləri tez-tez yumaq və spirtli təmizləyicilərdən istifadə etmək mikroblardan qorunmaq üçün əhəmiyyətlidir.

"Günəş işığından faydalanmaq, D vitamini səviyyəsini artıraraq, bədənin qoruyucu gücünü artırır. Həmçinin, qidalanma rejimi də böyük rol oynayır. Bu dövrdə, qışda viruslardan qorunmaq üçün qidalanmaya daha çox diqqət yetirmək lazımdır. Sağlam həyat tərzi, qışda viruslardan qorunmaq üçün ən yaxşı yoldur" - deyə həkim əlavə edib.