
Böyrəklərin sağlam qalması üçün düzgün qidalanma vacibdir. Foodinfo.az bildirir ki, Türkiyəli həkim Əlif Dingöz duzlu, yağlı və konservləşdirilmiş qidalar böyrəklərə ciddi ziyan vura biləcəyini qeyd edib. O, bildirirb ki, bəzi qazlı içkilər və süni dadlandırıcılar da böyrək funksiyasını zəiflədə bilər.
"Zülalla zəngin qidalar həddindən artıq qəbul edildikdə böyrəklərdə yüklənməyə səbəb ola bilər. Şəkər və emal olunmuş qidalar da böyrək xəstəliklərinin riskini artırır. Fast-food məhsulları və dondurulmuş yeməklər yüksək natrium tərkibli olduğu üçün böyrəkləri zəiflədir" - deyə həkim əlavə edib.
Onun sözlərinə görə, spirtli içkilər və siqaret böyrəklərin süzmə qabiliyyətini azaldır. "Kofeinli içkilər su balansını poza bilər, bu da böyrəklərin fəaliyyətinə təsir edir. Sağlam böyrəklər üçün təbii və balanslı qidalanmaq tövsiyə olunur. Su qəbulunu artırmaq böyrəklərin təmizlənməsinə kömək edir" -deyə həkim qeyd edib.