Yumurta qaynadarkən qabığının rahat soyulması üçün sadə üsullar var. Foodinfo.az bildirir ki, aşpaz-texnoloq Anjelika Plexanova bunun üçün bəzi əlavə maddələr qatmağı tövsiyə edir.

1. Sirkə əlavə edin

Suya 1 xörək qaşığı 9% sirkə tökün.Sirkə qabıqda olan kalsiumla reaksiyaya girərək onun daha asan soyulmasına kömək edir.

2. Soda qatın

Qaynama zamanı suya 1 çay qaşığı soda əlavə edin. Bu, qabığın iç qatını zəiflədərək yumurtaların soyulmasını asanlaşdırır.

3. Soyuq suya qoyun

Yumurtaları qaynadıqdan sonra dərhal soyuq suya salın. İsti-yuxarı temperatur fərqi qabıq ilə yumurtanın iç qatını ayırır. Bu üsullarla yumurta qabığını soymaq xeyli asanlaşacaq.