Arıqlamaq üçün mütləq pəhriz saxlamaq vacib deyil, amma kalori balansına nəzarət etmək lazımdır. Əsas prinsip bədənin yandırdığından daha az kalori qəbul etməkdir. Foodinfo.az xəbər verir ki, bunu müxtəlif yollarla etmək mümkündür:  

Pəhriz olmadan necə arıqlamaq olar?

1. Fast food və şəkərli qidaları azaltmaq, lifli və proteinli qidalara üstünlük vermək.  

2. Həddindən artıq yeməmək üçün boşqab ölçüsünə nəzarət etmək və yavaş-yavaş yemək.  

3. Gündəlik gəzinti, məşq və ya fiziki fəaliyyət ilə daha çox kalori yandırmaq.  

4. Su iştahanı azalda və maddələr mübadiləsini sürətləndirə bilər.  

5. Az yuxu iştahanı artıran hormonlara təsir edir və çəki artımına səbəb olur.  

Əgər pəhriz saxlamaq istəmirsinizsə, balanslı qidalanma və aktiv həyat tərzi ilə də çəki atmaq mümkündür. Amma qidalanmanı tamamilə nəzarətsiz buraxmaq da olmaz. Əsas məsələ, uzunmüddətli davam edə biləcəyin sağlam vərdişlər yaratmaqdır.