Konservləşdirilmiş məhsulların açılması zamanı gigiyena qaydalarına diqqət yetirilməlidir. Mütəxəssislər bildirir ki, konserv qabları uzun müddət saxlanıldığı və müxtəlif yerlərdən keçdiyi üçün onların üzərində toz, bakteriya və digər çirklənmələr ola bilər. Foodinfo.az bildirir ki, buna görə də, qutular açılmadan əvvəl mütləq yuyulmalı və ya nəm salfetlə silinməlidir. Əks halda, çirklər qidaya keçərək sağlamlıq üçün risk yarada bilər.
Bundan əlavə, açılmadan əvvəl konserv qutularının vəziyyətinə diqqət yetirmək vacibdir. Şişkinlik, pas və ya deformasiyalar varsa, bu məhsullar istehlak edilməməlidir.