Gündəlik çay ilə içməyə dadlı quru meyvəli keksin düzgün hazırlanmasını qaydasını oxuculara təqdim edirik. Foodinfo.az keksin reseptini təqdim edir.
Tərkibi:
3 ədəd yumurta,
1 st. şəkər tozu,
yarım st. bitki yağı,
1 st. süd,
1 paket qabartma tozu,
1 paket vanil,
2 st. unu,
150 qr quru meyvə
Hazırlanması:
Əvvəlcə şəkər tozu və yumurtanı ağarana kimi mikserlə çalırıq. Üzərinə vanil və bitki yağı əlavə edib, qarışdırmağa davam edirik. Mikseri aşağı sürətə keçirib, qarışıma süd tökürük. Son olaraq qabartma tozu və un əlavə edib, qarışdırırıq. Duru keks xəmiri alınır. Hazırladığımız xəmiri duru keks qabına töküb, üzərinə quru meyvə əlavə edirik. İçinə qatanda quru meyvələr qabın dibinə çökür, bu səbəbdən diqqətli olun. Əvvəlcədən isidilmiş 180 dərəcə istilikıi sobada qızaranadək bişiririk.
Nuş olsun!