Azərbaycanda 2021-ci ildə informasiya və rabitə sektorunda 220 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.

Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, ölkənin informasiya və rabitə sektorunda 2020-ci ildə 413 nəfər, 2019-cu ildə isə 433 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib. Bu sektorda sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin sayı son 2 ildə müvafiq olaraq 46,7% və 49,2 % azalıb.