“Türkiyə razılaşmaya nəzarət etmək üçün bölgədə yaradılacaq mərkəzdə Rusiya ilə birlikdə yer alacaq”.
Foodinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında bildirib.
O, bu sabah Türkiyə və Rusiyanın atəşkəsə nəzarətlə bağlı müqavilə imzaladığını bildirib:
“Atəşkəsə nəzarət etmək üçün ortaq Türk-Rus Mərkəzi ilə bağlı bu sabah müqaviləni imzaladıq. Bu Mərkəz Azərbaycanın işğaldan azad edilən torpaqları üzərində yaradılacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək”.