Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Foodinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, dekabrın 17-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.