Alimlərin araşdırmaları göstərir ki, bəzi məhsullar qanın durulaşmasına yardım edir.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qanın durulaşması nə deməkdir? O deməkdir ki, qanda trombların yaranmasının qarşısı alınır. Bir çoxları buna görə dərmanlardan istifadə etsələr də, qida məhsulları da bu işdə əhəmiyyətli rol oynayır. Bu məhsullar arasında bitter şokolad xüsusi yer tutur. Tərkibində 70 faiz kakao olan bitter şokolad qan dövranına da müsbət təsir göstərir.
Yaşıl çay damarlarda qan dövranını yaxşılaşdırır və ürək-damar xəstəlikləri riskini azaldır. Təkcə iki həftəlik istifadə zamanı belə yaşıl çay qan dövranına öz müsbət təsirini göstərir. Omeqa-3 xolesterolu aşağı salmağa və qanda trombların yaranmasının qarşısını alır.
Fərid