Azərbaycan mətbəxi öz rəngarəngliyi ilə seçilir.  Sizə əsasən Qəbələ bölgəsində bişirilən üçqulaq paxlavanın reseptini veririk. Tərkibi:
500 qr un
2 ədəd yumurta 150 qr süd Maya, duz. İçlik: 200 qr qoz ləpəsi 200 qr şəkər tozu Vanil. Hazırlanma qaydası: Xəmir yoğurulur, 0.5 saat isti yerdə saxlanılır. Sonra kündə edilib lavaş açılır və həmin lavaşlar pörtülür. 10 sm enliyində lavaşlar uzununa kəsilir. Kəsilmiş lavaşların 3/1 hissəsinə içlik qoyulur və üçbucaq formasında bükülür. Duru yağda qızardılır. Qızardıldıqdan sonra üzərinə şəkər pudrası əlavə etmək olar. Süfrəyə çayla verilir. (ailem.az)