Kamerunun şimal-qərbində altı uşaq dərmana görə həyatını itirib.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb. 

Qeyd olunur ki, uşaqlar “Naturcold” adlı qadağan olunmuş öskürək əleyhinə siropdan istifadə ediblər. 

Ekspertlərin fikrincə, sözügedən sirop böyrəklərə ciddi zərər vurur. Bu sirop ötən ay da ölkənin şimal-qərbində üç uşağın həyatını itirməsinə səbəb olub. Hökumət tərəfindən sözügedən dərmanı saxlayan şirkətlərin dərhal onu məhv etməsi tapşırılıb.