Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 peyvəndi ilə bağlı tövsiyələrini yeniləyib.
Foodinfo.az xəbər verir ki, bu barədə “Haber Türk”də məqalə dərc olunub.
Qurum yaşlı və risk qrupuna daxil olan insanlar üçün koronavirus peyvəndi və növbəti dozalarla bağlı tövsiyə edib. Bu cür insanlar 6 və ya 12 ay sonra təkrar doza peyvənd vurdurmalıdırlar. Uşaqların və yeniyetmələrin isə peyvəndə ehtiyacının mütləq olmadığı bildirilir.
Qurumun yenilədiyi COVID-19 peyvəndinə dair yol xəritəsində üç qrupdan bəhs edilir. Bunlar vaksinasiya tələbatları ilə bağlı yüksək, orta və aşağı qruplardır.
Şəbnəm