Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edib.
Foodinfo.az xəbər verir ki, şirkət Entree Azərbaycan MMC-ə baş aşpaz axtarır.
İş yeri: 28 May filialı
İş təcrübəsi: 3-5 il
Yaş həddi: 25-40
İşin Təsviri: Reseptləri öyrənmək, menyular qurmaq və yüksək keyfiyyətli yeməklər hazırlamaq. Sanitariya qaydaları və gigiyena nomativlərinə əməl edilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Müxtəlif növ yüksək keyfiyyətli yeməklər hazırlamaq;
- Aşpazlara nəzarət etmək və gərəkli olduqda kömək etmək;
- Yeməklərin vaxtında və tələb edilən keyfiyyətə uyğun hazırlanmasını təmin etmək üçün mətbəx işçilərinə tapşırıqlar vermək;
- Qabaqcıl bişirmə texnikaları və qeyri-ənənəvi ərzaq məhsulları ilə təcrübələr həyata keçirmək.
Tələblər:
- Mətbəxdə istifadə edilən avadanlıqların düzgün və təlimatları üzrə istifadə qaydalarını bilməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- Xammal və məhsulların kulinar emalı qaydalarını bilməli;
- Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
- Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Rus və ingilis dili biliyi;
- Xanım namizədlərə üstünlük veriləcəkdir.
Təminatlar:
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 07:00 – 15:00
Əlaqə nömrəsi: 055 505 91 51
Müraciət qaydaları: CV-ni [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş Aşpaz” yazıb göndərməklə müraciət edilir.
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?