Türkiyədə xərçəng xəstəliyi ilə mübarizə sahəsində mühüm bir yenilik tətbiq edilib. 

Foodinfo.az xəbər verir ki, bu barədə araşdırma “Haber Türk”də yer alıb. 

Yenilik Mərmərə Üniversiteti Genetik və Metabolik Xəstəliklər Araşdırma və Tətbiq Mərkəzi tərəfindən aparılan əməliyyyatdan ibarətdir. Belə ki, mərkəzdə xərçəng diaqnozu qoyulan xəstədəki şişin müalicəyə necə cavab verəcəyi müalicəyə başlamazdan əvvəl laboratoriyada müəyyən edilir.

Beləliklə, müalicənin effektivliyi və yan təsirləri qabaqcadan bəlli olur. Bu isə xəstəyə münasibətdə ən düzgün müalicə və preparatı müəyyən etməyə yardım edir. 

Nurlan