Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan ölənlərin sayında rekord artım olduğunu açıqlayıb. Foodinfo.az-ın məlumatına görə, bu barədə TASS xəbər yayıb. Bildirilir ki, bir həftə ərzində dünyada COVID-19-dan 96 364 ölüm qeydə alınıb. Bu, pandemiya başlayandan bəri ən yüksək göstəricidir. Eyni zamanda, COVID-19-a yoluxma ardıcıl üçüncü həftədir ki, azalır. Keçən həftə təxminən 3,7 milyon yeni yoluxma aşkar edildi, bu da əvvəlki yeddi günə nisbətən 13 faiz azdır.