Birləşmiş Krallıqdakı marketlərdə ərzaq çatışmazlığı yaşanır.
Foodinfo.az “Yeniakit”ə istinadən xəbər verir ki, ölkənin ən böyük üçüncü marketlər şəbəkəsi sayılan “Asda” pomidor, bibər, xiyar, brokoli kimi məhsullardan tək səfərdə yalnız üç ədəd satılmasına qərar verib. 
Qida çatışmazlığının Şimali Afrika və İspaniyanın cənubunda məhsulların hava şəraitin səbəbilə zərər görməsi nəticəsində yarandığı qeyd olunur. Normadan daha soyuq keçən hava şəraiti məhsulların yetişməsinə əngəl yaradıb.

Leyla