Toksinlər insan orqanizmi üçün olduqca qorxulu sayılır. Suda ərimək xüsusiyyətinə malik toksinlər bu xüsusiyyətləri sayəsində insan orqanizmində sürətlə yayıla bilirlər. Bəzi qidalar, gündəlik həyatda istifadə etdiyimiz məhsullar toksinlərlə zəngindir.


Foodinfo.az Türkiyə KİV-ə istinadən bu məhsullar barədə məlumatları təqdim edir.
Şəkər və şəkər tərkibli məhsullar orqanizmin bir nömrəli düşmənidir. Xüsusən emal olunmuş şəkərin orqanizmə daxil olması nəticəsində formalaşan toksinlər insan sağlamlığına ağır zərbə vurur. Buna görə də şəkərdən uzaq durmaq gərəkdir.


Köp, həzm problemləri, qəbizlik və şiddətli mədə-bağırsaq ağrıları bədəndə toksin olduğunu göstərir.


Pomidor, zəncəfil, çuğundur və qatıq təbii yolla toksinlərlə mübarizə üçün əvəzsizdir.
Tərkibində yüksək miqdarda toksin olan məhsullar bunlardır: ət, süt, qarğıdalı, pendir.

Fərid