Muskat qozu dünyada ən çox istifadə edilən və orqanizmin sağlamlığı üçün bir çox xüsusiyyətləri olan ədviyyatlardan biridir. 

Foodinfo.az xəbər verir ki, muskat qozunun mühüm xüsusiyyətlərindən biri də ürək sağlamlığı üçün çox faydalı olmasıdır. Son zamanlar aparılan araşdırmalarda tədqiqatçılar belə qənaətə gəliblər ki, muskat qozu məhsullarının istehlakı qanda xolesterin və yüksək trigliseridləri azaldır və nəticədə xəstəliklərin inkişaf riskini azamış olur.

Muskatın cinsi gücü və cinsi istəyi artıra biləcəyi sübut edilmişdir. 

Muskat qozu ənənəvi tibbdə yuxusuzluğu müalicə etmək və təbii rahatlatıcı kimi təyin olunan ədviyyatlardan biridir. Bundan əlavə, aparılan araşdırmalarda muskat qozunun istehlakının əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edə biləcəyi müəyyən edilmişdir.

Muskat ekstraktı istehlak etmək qan şəkərini azaltmağa kömək edir. Bundan əlavə, muskat qozunun istehlakı mədəaltı vəzinin daha yaxşı işləməsini təmin edir və beləliklə diabet riskini azaldır.

Bu qozun istehlakı yaddaşı gücləndirmək və beyin fəaliyyətini yaxşılaşdırmaq üçün də çox faydalıdır. Düzgün pəhrizdə muskat qozunun düzgün istehlakı Alzheimer kimi ümumi xəstəliklərin riskini azalda bilir.

Muskatdan istifadənin başqa bir faydası sümük sağlamlığıdır. Muskat qozunun tərkibində çoxlu kalsium var ki, bu da sümük sağlamlığı üçün çox faydalıdır. 

Qozun xüsusi aroması sayəsində ürək bulanmanın da qarşısını almaq olur. 

Muskatdan istifadə edərkən diqqət edilməli olan vacib məqamlardan biri də hamilə qadınların bu ədviyyatdan istifadə etməkdən mümkün qədər çəkinmələridir, çünki muskat qozunu çox istehlak etmək döldə doğuş qüsurlarına səbəb ola bilər.

Muskat qozunun lap çox istehlak edilməsi halüsinasiyalar, ürək döyüntülərinin artması, ürəkbulanma və bədən tarazlığının itirilməsinə gətirib çıxara bilər.