Gündəlik həyatımızda qarşılaşdığımız stresin artması, kortizol adlı hormonun mütəmadi olaraq ifraz olunması nəticəsində immuniteti zəiflədir və ümumən insan sağlamlığına zərbə vurur.
Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu cür problemlərlə mübarizədə qidalanma xüsusi rol oynayır.
Məsələn, qızılbalıq tərkibindəki D vitamini və Omeqa-3 sayəsində beynimizin stresi azaldır. Çobanyastığı da stresi azaldan antioksidant təsirə malikdir.
Uzun sarıkökün tərkibindəki kurkumin insan beyni üçün olduqca faydalıdır. Bununla yanaşı bitter şokolad, qatıq və yaşıl çay da stresi atmağa və beynin sağlamlığını qorumağa yardım edir.
Leyla