2022-ci ildə Türkiyədə turizm gəlirləri artıb. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.


Qeyd olunur ki,  ötən il qardaş ölkənin turizm gəlirləri 53,4 faiz artaraq 46,3 milyard dollara çatıb.

Ümumilikdə 51,5 milyon insan Türkiyəni ziyarət edib. Bu göstərici ilə Türkiyə Fransa və İspaniyadan geri qalsa da, İtaliya və ABŞ-ni qabaqlayaraq üçüncü sırada qərarlaşıb.

Leyla