Ümumdünya Ərzaq Proqramı (ÜƏP) iyun ayından etibarən 200 mindən çox fələstinliyə “ciddi” maliyyə çatışmazlığı səbəbindən ərzaq yardımını dayandıracağını açıqlayıb.

Foodinfo.az xəbər verir ki, qrupun Fələstin əraziləri üzrə yüksək vəzifəli rəsmisi Samer Abdeljaber, Ümumdünya Ərzaq Proqramının (WFP) "ciddi" maliyyə çatışmazlığı səbəbindən gələn aydan etibarən 200 mindən çox fələstinliyə verilən ərzaq yardımını kəsəcəyini söyləyib.
 İyun ayından dayandırılması planlaşdırılan yardım, qida təhlükəsizliyi və yoxsulluğun ən yüksək həddə olduğu Qəzza və İordan çayının qərb sahilindəki ailələrə dərindən təsir edəcək. Təşkilat hazırda fələstinliləri adambaşına aylıq 10,30 dollarlıq kupon və ərzaq səbətləri ilə təmin edir.

Fələstin və Birləşmiş Millətlər Təşkilatının (BMT) qeydlərinə görə, Qəzzada 2,3 milyon insan yaşayır, onların 45 faizi işsiz, 80 faizi isə beynəlxalq yardıma ehtiyacı var.

Leyla