Düzgün qidalanmaq hər bir yaşda əhəmiyyətlidir. Lakin yeniyetmələrin cinsi inkişaf mərhələsində bu önəmini daha da artırır. Çünki qidalar orqanizmin böyüməsinə və inkişafına kömək edir.
Foodinfo.az bildirir ki, balanslaşdırılmış qidalanma bu yaş dövründə vacibdir. Bədənin tələb etdiyi zülal, yağ və karbohidratın miqdarını düzgün müəyyən etmək lazımdır.
Bədənin 10% -dən çox hissəsi zülallardan ibarətdir. Zülalları insan heyvani və bitki qidadan alır. Kəsmik, süd, yumurta, pendir və yağsız ət heyvan mənşəli zülalların mənbəyidir. Bitki mənşəli zülalları biz çörək, makaron və müxtəlif sıyıqlar vasitəsilə alırıq. Qoz və paxlalılar fəsiləsində də zülallar çoxdur.
Karbohidrat bədənin əsas enerji mənbəyidir. Nişasta, qənd, şəkər tozunda, çörək, un məmulatları, düyü, kartof kimi qidalarda mövcuddur.
Yağlar da orqanizm enerjisini artırır. Kərə yağı bunların içində ən vacibidir. Lakin bitki mənşəli yağlar da istifadə etmək olar.
Tərkibindı duz, yağlar, şəkər və süni əlavələrin miqdarı çox olan qidalar isə xeyirsizdir. Onların istifadəsi bədənin yükünü artırır.
Fərid