London Kral Kollecinin (KCL) alimləri 14 saatlıq aclığın sağlamlıq üçün faydalı olduğunu müəyyən ediblər. Belqradda keçirilən Avropa Qidalanma Konfransında təqdim edilən araşdırmaya görə, qida qəbulunun məhdudlaşdırılması əhval-ruhiyyəni yaxşılaşdıra, enerjini artıra və arıqlamağa kömək edə bilər. Foodinfo.az bildirir ki, bu barədə “Medical Xpress”də icmal dərc edilib.

Fasiləli aclığın tərəfdarları adətən qida qəbulunu altı saatlıq bir rejim ilə məhdudlaşdırmağı məsləhət görürlər. Lakin yeni məlumatlar göstərir ki, aclığın faydaları on saatlıq bir rejimdə daha çox özünü biruzə verir.  

Fərid