Əgər artıq çəkidən təbii yolla xilas olmaq istəyirsinizsə, o halda siz iştahanı azaldan məhsullar qəbul etməlisiniz. Bu ərzaq məhsulları və içkilərin qəbulundan sonra iştaha azalır, toxluq hissi isə uzun müddət davam edir. Foodinfo bildirir ki, bu məhsullar aclıq hissinin qarşısını almaq və doyumlu, kalorili qidaya meyli azaltmaq hesabına bizim iştahamıza nəzarət edir. Həmin məhsulların ikinci xüsusiyyəti insanda uzun müddət ərzində toxluq hissini yaratmasıdır. İştahanı təbii yolla azaldan qidalar əksər hallarda müxtəlif ərzaq və bitki mənşəli məhsullarda olur. Müəyyən meyvə, tərəvəz və bitkilər bəzi qida əlavələrinin gördüyü işə bənzər təsirə malikdir. Yalnız onlar məhz heç bir kənar təsir olmadan bunu yerinə yetirə bilir. Həmin məhsulları diqqətinizə çatdırırıq. Yaşıl çay Sakitləşdirici təsiri ilə yanaşı, yaşıl çay iştahanın qarşısının alınmasında və artıq çəkidən yaxa qurtarmaqda çox faydalıdır. Onun tərkibi kofein və katexin antioksidantları ilə zəngindir. Kofein piylərin əriməsini stimullaşdırır və iştahanı azaldır, katexinlər isə metabolizmi sürətləndirir və orqanizmdə piyin miqdarını aşağı salır. Avokado Bu, iştaha azaldan möhtəşəm təbii məhsuldur. Avokado toxluq hissi yaradan liflərlə zəngindir. Bu meyvənin tərkibində bizim beynimizə doyma barədə siqnal göndərən sağlam yağlar mövcuddur. Alma Bu, liflərlə zəngin olan daha bir meyvədir. Alma toxluq hissini gücləndirir, qanda şəkərin miqdarını nizamlayır, bizim qeyri-sağlam qəlyanaltılara olan meylimiz nəticəsində yaranan enerji fərqini aradan qaldırır. Bundan başqa, almanı çeynəmək üçün bizə daha çox vaxt lazımdır. Deməli beynin doyma haqqında siqnalı almağa vaxtı çatır. Su Sıfır kaloriyə malik olan su aclığın qarşısını almağın öhdəsindən əla gəlir. Tədqiqatlar göstərir ki, əsas qida qəbulu arasında cəmi iki stəkan su içməklə ümumi əldə olunan kalorinin 90-dək azalmasına nail olmaq mümkündür. Tünd şokolad Tərkibində azı 70 faiz kakao paxlası olan az porsiyada tünd şokolad iştahanın qarşısını almaqla sözün əsl mənasında möcüzə törədir. Şokoladın acıtəhər dadı orqanizmə aclıq dərəcəsini azaltmaqda yardım edir. Şokoladın tərkibindəki stearin turşusu həzm prosesini ləngidir və toxluq hissinin müddətini uzadır. Darçın Bu ədviyyat qanda şəkərin miqdarını tənzimləyir. Bunu dəfələrlə elmi məqalələr sübut edib. Deməli, darçın iştahaya nəzarət edilməsi, qlükoza miqdarının disbalansı zamanı yaranan aclığın qarşısını almaq üçün uyğun ədviyyatdır.   Nurlan