Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak) “Mançester Yunayted” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilə şərik olacaq. Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Noyabr ayında İngiltərədəki restoranımızı açacağıq. Londonda Kriştiano Ronaldo ilə ortaq olacağıq. Bu barədə çox danışmaq istəmirik. Çünki açılışda gözəl sürpriz olacaq”, - B.Özdemir bildirib. Qeyd edək ki, B.Özdemir Türkiyə ilə yanaşı, dünyanın bir neçə ölkəsində restoranlar şəbəkəsinə sahibdir.