ABŞ-nin Nyu-York şəhərindəki "NYU Langone Health" tibb mərkəzinin cərrahları dünyada ilk dəfə insana bütöv göz transplantasiyası ediblər.
Foodinfo.az xəbər verir ki, bu barədə "Reuters" yazır.
İndiyədək həkimlər yalnız buynuz qişanı köçürə biliblər, bütöv göz köçürülməsi isə böyük irəliləyiş hesab olunur.
Əməliyyat Arkanzas ştatından olan 46 yaşlı hərbi veteran Aaron Ceyms üzərində aparılıb. Onu iş yerində yüksək gərginlikli elektrik cərəyanı vurub. Hadisə nəticəsində Ceymsin üzünün sol tərəfi, o cümlədən gözü, burnu və ağzı zədələnib.
Əməliyyat 21 saat davam edib.
Cərrahların sözlərinə görə, transplantasiya edilən orqan əməliyyatdan sonra heyrətləndirici sağlamlıq əlamətləri göstərir və hətta görmə qabiliyyəti bərpa olunmasa belə, canlı göz almasının köçürülməsi bir çox yeni imkanlar yaradacaq. Ceymsin yeni gözlə görüb-görə bilməyəcəyi isə hələ məlum deyil.