2022-ci ilin məlumatlarına görə, bütün dünyada 137,17 milyon karat həcmdə təbii almaz istehsal edilib.
Foodinfo.az Fed.az-a istinadən xəbər verir ki, almaz istehsalçıları olan ölkələrin siyahısına Rusiya başçılıq edir.
2022-ci ildə dünyadakı bütün almaz istehsalının 26%-i və ya 36,12 milyon karat almaz şimal qonşumuzda istehsal olunub.
Almaz istehsalına görə dünyada 2-ci yeri Kanada tutur – 24,56 milyon karat.
Botsvana 24,40 milyon karat almaz istehsalı ilə siyahıda 3-cüdür.
Ümumiyyətlə, almaz istehsalçılarının siyahısında yerlərin əksəriyyətini Afrika ölkələri tutur.
Almaz istehsalçılarının ilk 15-liyi belədir
1. Rusiya – 36,12 milyon karat
2. Kanada - 24,56 milyon karat
3. Botsvana – 24,40 milyon karat
4. Konqo – 16,50 milyon karat
5. Cənubi Afrika – 9,56 milyon karat
6. Avstraliya–7,93 milyon karat
7. Anqola– 7,22 milyon karat
8. Zimbabve– 3,12 milyon karat
9. Namibiya– 2,60 milyon karat
10. Sierra-Leone– 2,15 milyon karat
11. Braziliya– 962,5 min karat
12. Tanzaniya– 710 min karat
13. Lesoto– 700 min karat
14. Qvineya – 251 min karat
15. Liberiya – 120 min karat