Cənubi Afrikanın nəqliyyat naziri hərbi silahların olmasına baxmayaraq, mühafizəçiləri ilə birlikdə yolda qarət edilib. Bu barədə The Guardian xəbər verir.
Nazir Sindisiwe Çikunqa iki cangüdəni ilə Yohannesburqun cənubundakı magistral yolda hərəkətdə olarkən, hücuma məruz qalıb. Nazirin avtomobilinin təkərləri deşilib və bu, avtomobilin dayanmasına səbəb olub.
İdarədən verilən məlumata görə, avtomobildə olanlardan heç biri xəsarət almayıb, bununla belə, ölkə hakimiyyəti və media artıq hadisəni görünməmiş hadisə adlandırıb.
Polis sözçüsü Atland Mathe bildirib ki, quldurlar şəxsi əşyalar və Cənubi Afrika Polis Xidmətinin (SAPS) iki tapançası ilə qaça biliblər. Hazırda cinayətkarlar axtarılır.