Valideynlər ibtidai siniflərdə uşaqlarına təkcə dərs tağşırığını yerinə yetirmək yox, dinamik fasilələr verməyi də unutmamalıdırlar - hoppanmaq, qaçmaq, və s.
Foodinfo.az-ın xəbərinə görə, aztibb.az psixoloqların tövsiyəsinə əsaslanaraq bildirir ki, uşaq bir dərsi yerinə yetirdisə fasilə etməlidir. Bu fasilə zamanı uşağa istədiyini etməyə imkan verin. Amma bu zaman kompüterlə oynamaq və televizora baxmağı qadağan etmək lazımdır.
4-5-ci siniflərdə ev tapşırığına 2 saatdan, 6-8-ci siniflərdə 2.5 saatdan, yuxarı siniflərdə isə 3.5 saatdan artıq ayırmaq lazım deyil.
İstirahət etmək mütləqdir. İdeal odur ki, məktəbdən sonra uşaq bir qədər gəzsin, sonra evə qayıdıb nahar etsin, ardınca istirahət etsin və ancaq ondan sonra dərslərə başlasın.
Uşaq üçün ən aktiv dönəm - saat 11-dən 13-ə qədər, eləcə də saat 16.00-dan 19.00-a qədər olan dönəmdir. Nəzərə alanda ki, 5-ci dərs saat 13.00-13.30-da bitir, o zaman gəzinti, yemək və istirahətdən sonra saat 16.00-ya yaxın dərs oxumağa başlamaq ən ideal variantdır.