Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının qeyri-qida sənayesində istifadəsi məqsədilə təyinatının dəyişdirilməsi ilə bağlı Agentliyə daxil olan müraciəti əsasında, məhsulların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası baradə qərar qəbul edilib. Ümumi çəkisi 3,9 ton müxtəlif növ yağ məhsulu “Bioropean” MMC-yə məxsus təkrar emal müəssisəsində əridilərək biodizel xammalı üçün təyinatı dəyişdirilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.