Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 28-də ölkə üzrə 381 ictimai iaşə obyektində 646 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Səbail ‎rayonu, Ü.Hacıbəyov ev 6/8 ünvanında yerləşən, hüquqi şəxs "Vap Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran; 2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 124 m 29 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Surac Elxan oğluna məxsus “Bakı” kafesi; 3. Bakı şəhəri, Nərimanov ‎ rayonu, Azadlıq 116 ünvanında yerləşən, fiziki şəxs Orucov Zaur Rafiq oğluna məxsus kafe. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.