Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 8-də ölkə üzrə 389 ictimai iaşə obyektində 649 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., dəniz kənarında yerləşən, fiziki şəxs Hacıyev Sürətdin Sarıxan oğluna məxsus “Ləpədöyən” kafesi;
2. Bakı şəhəri, Nərimanov rayonu, X.Xoyski 146 ünvanında yerləşən, fiziki şəxs Hacıyeva Natəvan Aris qızına məxsus “Lord S pub” kafesi;
3. Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 106 ünvanında yerləşən, fiziki şəxs Abdulkadir Atlıya məxsus restoran;
4. Bakı şəhəri, Nərimanov rayonu, X.Xoyski 121E ünvanında yerləşən, hüquqi şəxs "Matin" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində yerləşən “Askar” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
5. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Mahmudov İsmət Musa oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.