Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 22-də ölkə üzrə 383 ictimai iaşə obyektində 666 monitorinq keçirilib. Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 14 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus “Pakhlava” çay evi;
Bakı şəhəri, Sabunçu rayonu, Fətəliyev küçəsi 56e ünvanında yerləşən, fiziki şəxs Şirinov Nicat Mahmud oğluna məxsus çay evi;
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 65C ünvanında yerləşən, hüquqi şəxs "Başarı" MMC-yə məxsus “Antep Lahmacun” restoranı;
Bakı şəhəri, Yasamal rayonu, Müşfiq heykəli parkında yerləşən, fiziki şəxs Mikayılzadə Ramiz Mikayıl oğluna məxsus restoran;
Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Salman Ağahəsən oğluna məxsus “Beer Daha” pub;
Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Tərlan Əlirza oğluna məxsus “Cirə” restoranı;
Bakı şəhəri, Nərimanov rayonu, Xoyski pr. 830-835-ci məhəllə ünvanında yerləşən, hüquqi şəxs "Fryday" MMC-yə məxsus kafe;
Tərtər rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Bayramov Seymur İlham oğluna məxsus "Yadigar" kafesi;
Ağdaş rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Abdullayev Elşən Raqif oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.