Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, N. Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən, Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. [gallery ids="41377,41378,41379,41380,41381"]