Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Özbəkistan Respublikasının Bitki Karantini və Mühafizəsi üzrə Agentliyinin nümayəndə heyəti arasında videokonfrans formatında görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə tərəflər arasında razılaşdırılmaqda olan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi müzakirə olunub. İki qurum arasında əməkdaşlığın genişləndirilməsi, bitki mənşəli məhsulların qarşılıqlı tədarükü zamanı operativ məlumat mübadiləsinin təşkili, fitosanitar sertifikatlar barədə məlumatların elektron mübadiləsi sahəsində əməkdaşlığın mümkünlüyünə dair fikir mübadiləsi aparılıb.