Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasına məhsul ixracına icazə verilən alma və pomidor istehsalı müəssisələrinin rəhbərləri arasında görüş keçirilib.
Foodinfo.az-ın məlumatına görə, Agentliyin aparat rəhbəri Elxan Mikayılovun iştirakı ilə keçirilən görüşdə ölkəmizdən Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə həyata keçirdiyi tədbirlər barədə sahibkarlara məlumat verilib.
Bildirilib ki, AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) arasında aparılan müzakirələr nəticəsində 3 mart 2021-ci il tarixində daha 8 alma və 19 pomidor istehsalı müəssisəsinə məhsullarının Rusiya Federasiyasına ixracına icazə verilib. Qeyd olunub ki, hazırda Agentlik ilə Rosselxoznadzor arasında məhdudiyyətlərin aradan qaldırılması istiqamətində intensiv müzakirələr davam etdirilir.
Görüş zamanı ölkəmizin ixrac qaydaları və Rusiya Federasiyasının idxal tələbləri barədə məlumatlar sahibkarların diqqətinə çatdırılıb. Həmçinin bitki mənşəli məhsulların ixracı ilə bağlı Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
[gallery ids="35140,35141"]
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir