Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli respublika ərazisində meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə AQTA sədri bitki sağlamlığı sahəsində görülən işlər, istehsal və ixrac olunan bitliçilik məhsulları, istixanalarda becərilən tərəvəzlər, xarici ölkələrin fitosanitar tələbləri, zərərli orqanizmlərə qarşı elmi əsaslara söykənən mübarizə tədbirləri, fitosanitar sertifikatların verilməsi qaydaları barədə iştirakçılara məlumat verib. Ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında, eləcə də imicinin qorunmasında sahibkarların üzərinə düşən məsuliyyət qeyd edilib. Hər bir sahibkar tərəfindən istixanalarda məhsul yığımı başa çatdıqdan sonra sağlamlaşdırıcı tədbirlərin görülməsinə diqqətlə və məsuliyyətlə yanaşılmasının vacibliyi vurğulanıb.
Sahibkarlara verilən dəstək və təlimatlar əsasında işlərin daha səmərəli qurulduğu, istehsal və ixracda yüksək nəticələrin əldə olunduğu bildirilib.
Daha sonra meyvə-tərəvəz məhsullarının istehsalı, idxalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
AQTA sədri meyvə-tərəvəz məhsullarının istehsalçıları və ixracatçıları ilə görüşüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli respublika ərazisində meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
Görüşdə AQTA sədri bitki sağlamlığı sahəsində görülən işlər, istehsal və ixrac olunan bitliçilik məhsulları, istixanalarda becərilən tərəvəzlər, xarici ölkələrin fitosanitar tələbləri, zərərli orqanizmlərə qarşı elmi əsaslara söykənən mübarizə tədbirləri, fitosanitar sertifikatların verilməsi qaydaları barədə iştirakçılara məlumat verib. Ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında, eləcə də imicinin qorunmasında sahibkarların üzərinə düşən məsuliyyət qeyd edilib. Hər bir sahibkar tərəfindən istixanalarda məhsul yığımı başa çatdıqdan sonra sağlamlaşdırıcı tədbirlərin görülməsinə diqqətlə və məsuliyyətlə yanaşılmasının vacibliyi vurğulanıb.