Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində monitorinqlər davam edir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 1-3 fevral tarixlərində AQTA əməkdaşları tərəfindən ölkə üzrə 1328 ictimai iaşə obyektində 2165 monitorinq həyata keçirilib. Monitorinq həyata keçirilən ictimai iaşə müəssisələrindən 6-da nöqsan aşkarlanıb.
- - Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov ev.5 ünvanında yerləşən fiziki şəxs Haqverdiyev Samir Təşkilat oğluna məxsus pub
- - Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç.ev 29/44 ünvanında yerləşən fiziki şəxs Adıgözəlov Amid Xudakərim oğluna məxsus dönər evi
- - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov ev.2 ünvanında yerləşən fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus pub
- - Bakı şəhəri, Sabunçu rayonu, M.Fətəliyev 38 ünvanında yerləşən fiziki şəxs Yaqubov Bəxtiyar Vəli oğluna məxsus “Smak” kafesi
- - Bakı şəhəri, Səbail rayonu, M.Dilbazi dön 7, qapı 2 ünvanında yerləşən fiziki şəxs Sadıqova Firuzə Məmmədhüseyn qızına məxsus kafe
- - Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən fiziki şəxs Ələkbərov Seymur Ramiz oğluna məxsus "Xəmsə" restoranı