Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tovuzda bir ailənin üç üzvünün zəhərlənməsi barədə yayılan məlumatlarla bağlı araşdırmalara başlayıb. Foodinfo.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. "Hazırda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-NIN mütəxəssisləri tərəfindən araşdırmalar aparılır. Araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat veriləcək", - qurumdan bildirilib. Qeyd edək ki, yayılan məlumatlara görə zəhərlənən ailə üzvləri bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.