Bu ilin may və iyun ayları ərzində Rusiya Federasiyası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Çin Xalq Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikası və Ukrayna Respublikasına məxsus 22-si yerində, 28-i isə onlayn formatda aparılmaqla 50 müəssisədə qiymətləndirmə həyata keçirilib.
Bu barədə Foodinfo.az-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.
Qeyd olunub ki, hazırda qiymətləndirmə aparılmış xarici qida obyektlərindən qiymətləndirmə hesabatları yekunlaşan 23 xarici obyektdən 9-u təsdiq edilib, 12-si şərti təsdiq edilib, 1-nə təsdiqdən imtina verilib və 1-i ilə bağlı isə təkrar qiymətləndirmənin aparılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, cari ilin iyun-avqust ayları ərzində adıçəkilən ölkələr, eyni zamanda Almaniya Federativ Respublikası, Polşa Respublikası və Türkiyə Respublikası da daxil olmaqla, 18-i yerində, 94-ü onlayn formatda (həmin ölkələrin aidiyyəti qurumları ilə razılaşdırılmış siyahı əsasında) 112 müəssisədə qiymətləndirmə aparılması nəzərdə tutulur.