Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) AQTA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Foodinfo.az-ın xəbərinə görə, görüş çərçivəsində İnstitutun fəaliyyət istiqamətləri, laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik, keyfiyyət göstəriciləri üzrə aparılan müayinə və analizləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar yaradılıb, seçilmiş potensiallı kadrlar təlimə cəlb edilərək, laboratoriyalarda müvafiq işlə təmin olunublar. Həmçinin görüş zamanı laboratoriyalarda müayinələrin beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirildiyi qeyd olunub.
Daha sonra AQTA yanında İctimai Şuranın üzvlərinə İnstitutda aparılan elmi araşdırmalar və keçirilən təlimlər barədə məlumat verilib. Sonda Şura üzvlərinin sualları cavablandırılıb.
[gallery ids="42839"]