Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin biliklərinin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Foodinfo.az-ın məlumatına görə, 2022-ci il 27-28 yanvar tarixlərində APHA-nın Milli Referens Laboratoriyalarının təcrübəsinin öyrənilməsi və keyfiyyətə nəzarət üzrə təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Böyük Britaniyanın Heyvan və Bitki Sağlamlığı Agentliyi (APHA) arasında virtual formatda görüşlər keçirilib. Görüşlərdə qarşı tərəf APHA Milli Referens Labortoriyaları və baytarlıq laboratoriyaları üçün səriştəlilik sınaqları haqqında təqdimatlarla çıxış edib. Tərəflər yeni metodların validasiyası üzrə təcrübə mübadiləsinin aparılması, PCR/ELISA metodlarının validasiyası və verifikasiyası, eləcə də bitki sağlamlığı üzrə təcrübə mübadiləsi məqsədilə növbəti görüşün təşkili barədə razılığa gəliblər.