Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 12-də ölkə üzrə 432 ictimai iaşə obyektində 774 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Səbail‎ ‎rayonu, R. Rza küçəsi 19 ünvanında yerləşən, fiziki şəxs Necat Ata Özcana məxsus “Atabey Çiğ Köfte” restoranı; 2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 148D ünvanında yerləşən, fiziki şəxs Əkbərov Azər İdris oğluna məxsus dönər evi; 3. Gəncə şəhəri, Adil İsgəndərov küç., ev 95A ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Vaqif Fərrux oğluna məxsus “Cafe de Paris” kafesi; Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.