Litva sakinləri ərzaq qiymətlərinin bahalaşması səbəbilə xarici bazarlara üz tutmağa başlayıblar.

Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Ekspertlər qeyd edirlər ki, ölkədə bir sıra məhsullar istisna olmaqla ərzaq məhsulları orta hesabla 30 faiz bahalaşıb.

Bu səbəbdən ölkənin sakinləri Polşa bazarlarına üz tutmalı olurlar. Buna səbəb hələ də bu ölkədə qiymətlərin Litvayla müqayisədə ucuz olmasıdır. Həmçinin vurğulanır ki, artıq ölkə əhalisi daha az bazarlıq etməyə başlayıb.