Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq.
Foodinfo.az-ın xəbərinə görə, bu, "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsində əksini tapıb.
Bildirilib ki, qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhükəsizliyi Reyestrinə (bundan sonra - Reyestr) daxil ediləcək və onlara Reyestrdən elektron və ya yazılı çıxarış veriləcək.
Reyestr Azərbaycanın informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.