Ölkə ərazisini xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması üçün xüsusi epizootiya əleyhi tədbirlərin yerinə yetirilməsi məqsədilə vəhşi heyvanların rast gəlindiyi yaşayış areallarında cari ilin 20 iyun - 8 iyul tarxilərində monitorinqlər keçiriləcək. Foodinfo.az-ın xəbərinə görə, monitorinqlərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ərazi üzrə əməkdaşları və mütəxəssisləri iştirak edəcək.